25/12/2025
Əhmədov Əli Mustafa oğlu, kompleks oblastda diferensial tənliklər, funksional analiz və operatorların spektral nəzəriyyəsi sahələrində mütəxəssis. Cəbrayıl rayonu, Əfəndilər kəndində, 25 dekabr 1943-cü ildə anadan olmuş, 1961-ci ildə Füzuli rayonu Arayatlı kəndində orta məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş, həmin il AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş […]
25/12/2025
Məmmədxanov Camal İslam oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1938-ci il dekabrın 25-də Tiflisdə anadan olmuş, 1956-cı ildə orta məktəbi, 1961-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini bitirmişdir. 1961-1964-cü illərdə AEA Riyaziyyat və Mexanika institutunun aspirantı olmuş, 1964-cü ildə Sankt-Peterburqda akademik İbrahim İbrahimovun rəhbərliyi ilə “Tam və rasional funksiyalar sinfində bəzi ekstremal məsələlər” mövzusunda namizədlik, 1984-cü […]
24/12/2025
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun Cəbr və Riyazi Məntiq şöbəsinin müdiri, dosent Əli Babayev «Evklidin “Əsaslar” əsərinin II kitabına Nəsirəddin Tusinin şərhləri və düz xətt parçalarının hasili haqqında» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bir sıra tədqiqatçıların Evklidin «Əsaslar» […]
24/12/2025
Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans təşkil olunub. Media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair […]
24/12/2025
Hər bir xalqın tarixində taleyüklü qərarlar, dönüş nöqtələri olur. Azərbaycan üçün 2003-cü il məhz belə bir tarix idi. Həmin il xalqımız prezident seçkilərində düzgün seçim edərək Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Həmin vaxt 42 yaşında olan İlham Əliyev o zamandan dövlətçilik ənənələrini yaşadan, gələcəyə yön verən və […]
23/12/2025
Ayda-zadə Kamil Rəcəb oğlu, toplanmış və paylanmış parametrli sistemlərin optimal idarəetmə məsələlərinin nəzəriyyəsi və ədədi üsulları sahəsində tanınmış mütəxəssis, 23 dekabr 1950-ci ildə Qusar rayonunda anadan olmuş, 1967-ci ildə Bakı şəhəri 189 nömrəli riyaziyyat təmayüllü məktəbi, 1972-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Akademik Məcid Rəsulovun elmi rəhbərliyi ilə «Kontur inteqral üsulunun bir tətbiqi barədə» mövzusu […]