Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları-Qoşqar Əhmədov

25 oktyabr 1917-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat bölməsinə qəbul olmuş, o dövrün, tələbələr üçün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxumuş və 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra 1941-ci ildə Böyük Vətən müharibəsində iştirak […]

Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib

Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib. Tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri […]

Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir

Veb-saytlar süni intellektin təsiri nəticəsində getdikcə daha çox trafik itirirlər. Wikipedia bu tendensiyada istisna deyil. Onlayn ensiklopediyanın arxasında duran fond bu mövzu ilə bağlı bəyanat yayıb. Fondun nümayəndələri süni intellekti demonizə etmək istəmədiklərini bildiriblər, lakin istifadəçiləri məlumatı əldə etdikləri mənbələrə qarşı tənqidi yanaşmağa çağırıblar. İnternetdə məlumat axtarışı üsulları köklü şəkildə dəyişib. İndi getdikcə daha çox […]

Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib

Alimlər özünü bərpa edə bilən və ənənəvi modellərlə müqayisədə daha sürətli öyrənən yeni tip süni intellekt təqdim ediblər. Sistem insan beyninin sabitliyi qoruma və yüklənmədən sonra bərpa olunma qabiliyyətini təmin edən homeostaz və özünütənzimləmə prinsiplərinə əsaslanır. Təcrübələrdə bu süni intellekt “səsli” və natamam məlumatlarla işləyərkən yüksək dayanıqlılıq nümayiş etdirib – onun dəqiqliyi mövcud neyroşəbəkələrlə müqayisədə […]

Riyaziyyat və Mexanika İnstitutunda “Optimal İdarəetmə”şöbəsinin elmi seminarı keçirilib

23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, f-r.e.d., professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti […]

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı […]

Faydalı linklər