21/10/2025
Orucov Qardaşxan Əliməmməd oğlu, 21 oktyabr 1931-ci ildə Ermənistan Respublikası Sisian rayonunun Ağudi kəndində anadan olmuşdur. Orucov Qardaşxan orta təhsilini 1946-1949-cu illərdə Sisian rayonu Vağudi kənd orta məktəbində almışdır. 1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə daxil olub, 1954-cü ildə həmin fakültəni bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini […]
20/10/2025
Nəsirova Tamella Hilal qızı, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 20 oktyabr 1936-cı ildə Qazıməmməd rayonunun Nəvai kəndində anadan olmuş, Nəvai kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirir. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1958-ci ildə fakültənin riyaziyyat şöbəsini […]
20/10/2025
22.10.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits […]
18/10/2025
Bu il müstəqil Azərbaycan dövləti öz tarixinin ən şərəfli səhifələrindən biri olan dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edir. 34 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il […]
17/10/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev Misirə işgüzar səfər edib” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk səhifələrində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirinə, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransa və “Konstitusiya və […]
17/10/2025
McGill Universitetinin alimləri beynin öyrənmə və yaddaşla bağlı şəbəkələrini yaxşılaşdıran ilk klinik sınağı həyata keçiriblər. AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmaya görə, yaşlı insanlar 10 həftə ərzində “BrainHQ” adlı onlayn beyin məşq proqramından istifadə etdikdə, beyində diqqət və yaddaşla əlaqəli xolinergik funksiyalar güclənir. Bu sistem adətən yaşlandıqca zəifləyir. Tədqiqat “The Neuro” (Monreal Nevroloji İnstitutu-Xəstəxanası) […]