13/01/2023
25 yanvar 2023-cü il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. İnstitutun “Funksional analiz ” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi”mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının […]
12/01/2023
Geridə qoyduğumuz 2022-ci il elm və texnologiya sahəsində məhsuldar bir il oldu. Bu barədə “Nature” jurnalı 2022-ci ildə baş verən elmi kəşflərin proqnozunu verib. Onun fikrincə, sıçrayışların sayında liderlər tibb və kosmos olacaq. Onlardan bəzilərini sizə təqdim edirik. 2022-ci ilin inqilabi kəşfi – Nobel mükafatı laureatı3 oktyabr 2022-ci ildə Svante Paabo Fiziologiya və Tibb üzrə […]
11/01/2023
10 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov post-münaqişə dövründə […]
11/01/2023
Dünyada 669 357 326 koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 6 717 841 xəstə ölüb 640 873 074 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (103 151 843), Hindistan (44 681 523 nəfər), Fransa (39 421 144 nəfər), Almaniya (37 562 191 nəfər) və Braziliyadır (36 560 497 nəfər). Sərhəd […]
11/01/2023
Riyaziyyat həyatımızın mərkəzi bəlkə də ən qəliz nöqtəsidir. Kiminsə bezərək çözdüyü tənliklər, bir başqalarının zövq aldığı məsələlər, misallar. Heç düşünmüsünüzmü, niyə tənliklərdə məhz “X” istifadə olunur?! Məhz bu “X” fransız René Dekartın icadıdır. Biz də məktəbdə riyaziyyatı məhz Dekart sistemi üzrə öyrənirik. Uzun illər riyazi tənliklərdə məchul rəqəmlər A,B və C kimi adlandırılıb. Həmin dövrdə […]
11/01/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə etdi. Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir və onun genişlənmələrinin […]