Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda seminar keçirilib

24.05.2025-ci il tarixdə Azərbaycan Respubliksı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda məruzə edib. Məruzədə zəif lokal ekstremum üçün zəruri şərtlərin və güclü lokal ekstremum üçün […]

Elm və təhsil sahəsində Çinlə əməkdaşlıq edəcəyik – Protokol imzalandı

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol” imzalanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, protokolu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar. muallim.edu.az

Yeni tədqiqat süni zəka ilə real həkimləri müqayisə edib

Osaka Universitetindən doktor Hirotaka Takita və dosent Daiju Ueda-nın rəhbərlik etdiyi tədqiqat qrupu, generativ süni zəkanın xəstəliklərin diaqnozu sahəsində həkimlərlə müqayisədə nə dərəcədə effektiv olduğunu öyrənmək üçün meta-analiz aparıb. Ətraflı analiz üçün 2018-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər dərc olunmuş 83 elmi məqalə istifadə edilib. Tədqiqat müxtəlif tibbi sahələrdə GPT-4, Llama3 70B, Gemini 1.5 Pro və Claude 3 Sonnet kimi generativ süni zəka modellərini […]

AMEA-da professor İhsan Doğramacının 110 illiyinə həsr olunmuş konfrans keçirilib

Aprelin 22-də AMEA-nın Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri”  mövzuda məruzə etdi. Məruzədə süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktuallğı şərh olundu.  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

ELAN

24.04.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitututnun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə zəif lokal ekstremum üçün zəruri şərtlərin və güclü lokal […]