06/04/2022
İbrahimova Səadət Ramiz qızı 06 aprel 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbrahimova Səadət Ramiz qızı 1974-cü ildə Bakı şəhəri V.V.Mayakovski adına 20 saylı orta məktəbi bitirib. 1978 – 1984-cü illərə kimi Azərbaycan SSR EA-nın Əsaslı Kitabxanasında biblioqraf vəzifəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi uçot işlərinin hazırlanması və ixtisasının artırılması üzrə Tədris […]
04/04/2022
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı […]
04/04/2022
04 aprel 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması […]
02/04/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb. Bundan əlavə, 27 mart – Azərbaycanda Elm Günü münasibətilə AMEA Rəyasət Heyətinin təbriki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi […]
01/04/2022
27 mart “ELM GÜNÜ” münasibətilə 8 aprel saat 12:00 – da AMEA Riyaziyyat və Mexanika İnstitutunda seminar keçiriləcəkdir. Seminarda İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvi, professor Misir Mərdanov “Nüfuzlu elmi jurnalllara məqalə hazırlamağın yolları” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilər. Gənc alim və mütəxəssislər şurası © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
01/04/2022
AMEA RMİ-nın “Diferensial tənliklər”, “Funksional analiz” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 08 aprel 2022-ci il tarixli iclasında saat 1400-da f.-r.e.n. Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. […]