Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN

AMEA  Riyaziyyat və Mexanika İnstutunun  ED 1.04  dissertasiya şurasının  nəzdindəki elmlər və fəlsəfə  doktoru dissertasiyanın müzakirəsi üzrə Elmi seminarın 03 iyun 2022-ci il tarixli 13 saylı iclasında saat 1100– də Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər […]

ELAN

08 iyun 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Operatorlar ardıcıllığının yığılması haqqında bəzi teorəmlər” mövzusunda məruzəsi olacaqdır. Tutaq ki, A, T və B Banax fəzasında təsir edən məhdud xətti operatorlardır. Məruzədə {AnTBn }  ardıcıqlarının yığılması haqqında bəzi zəruri və kafi şərtlər verilir. Alınan nəticələr […]

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə etdi. Məruzədə elliptik tənliklərin qeyri-standart adlanan funksiyaların Banax fəzalarının normalarının doğurduğu Sobolev fəzalarına  nəzərən həll olunma problemlərinə həsr olunub. […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

31 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri f.-r.e.d., professor Tahir Sədi oğlu Hacıyev olmuşdur. İddiaçı […]

ELAN

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Riyaziyyat və Mexanika İnstitutu       II kurs magistrlərin dissertasiya işlərinin müzakirəsi haqqında:  Cəfərova Ülfət Faiq qızının   AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahovun  rəhbərliyi ilə   «Dispers mayelərin axın və süzülmələrində köçmə məsələləri» mövzusunda dissertasiya işinin ilkin müzakirəsi Maye və qaz mexanikası şöbəsində 01.06.2022 11:00 tarixində keçiriləcək. İxtisaslaşma : «Maye, qaz […]

“Elm” qəzetinin yeni sayında “Teknofest Azərbaycan” festivalı ilə bağlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri yer alıb. Bundan əlavə, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı, nümayiş etdirilən elmi-texnoloji nailiyyətləri, akademik Arif Həşimovun Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşü, Azərbaycanda ilk dəfə […]

Faydalı linklər