21/02/2022
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların […]
18/02/2022
02.03.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və […]
18/02/2022
AMEA-nın riyaziyyat və mexanika institutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirir. Seminar üçüncü günərlər saat 12:00-da başlayır. Növbəti birgə seminar 2 mart 2022-ci il tarixdə olacaqdır. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış edəcəkdir.Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək qeyri-xətti diferensial tənliklər […]
18/02/2022
AMEA-nın 14 yanvar 2022-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən, Müsabiqə komissiyasının protokolunu nəzərə alaraq, 02 mart 2022-ci il saat 1100 –da İnstitutun Elmi Şurası keçiriləcək. Şöbə müdiri 1 “Diferensial tənliklər” Əkbər Əliyev 2 “Tətbiqi riyaziyyat” Elxan Abbasov 3 “Kompüter texnologiyaları və riyazi statistika” Həsən Nağıyev 4 “Dalğa dinamikası” Nazilə Rəsulova 5 […]
17/02/2022
AMEA -nın 14 yanvar 2022-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmişlər: Şöbə müdiri 1 “Diferensial tənliklər” Əkbər Əliyev 2 “Tətbiqi riyaziyyat” Elxan Abbasov 3 “Kompüter texnologiyaları və riyazi statistika” Həsən Nağıyev 4 “Dalğa dinamikası” Nazilə Rəsulova 5 “Deformasiya olunan bərk cism […]
17/02/2022
AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 25 fevral 2022-ci il tarixli iclasında saat 1400-da f-r.e.n. Hümbət Kazım oğlu Musayev “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]