19/09/2025
Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır. Bu cür proseslər artıq Meta, xAI və Google şirkətlərində müşahidə olunub. Məlumata görə, yaxın zamanda Google-un süni intellekt sahəsindəki məhsulları üzərində – o cümlədən Gemini çat-botu və axtarış nəticələrindəki AI-overviewfunksiyası üzərində – işləyən 200-dən çox şəxs işdən azad edilib. Bunlar şirkətin […]
18/09/2025
18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi […]
17/09/2025
Salayev Valeri Valayeviç, fizika-riyaziyyat elmləri doktoru, professor, sinqulyar operatorlar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il sentyabrın 17-də Bakıda anadan olmuş, orta təhsilini 1946-1956-cı illərdə 169 nömrəli orta məktəbdə almış, 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1964-cü ildə orada dissertant olmuş, 1967-ci ildə professor Arif Babayevin rəhbərliyi ilə ADU-da […]
17/09/2025
Ağayev Həşim Nizam oğlu 1916-cı ildə Lənkəran rayonunda anadan olmuş, 1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1943-cü ildən SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fizika sektorunda əmək fəaliyyətinə başlamışdır. 1947-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə xüsusi törəməli diferensial tənliklər sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən 1954-cü ilə qədər Azərbaycan Elmlər […]
17/09/2025
Allahverdiyev Cəlal Eyvaz oğlu, operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, 1929-cu ildə Şuşa şəhərində anadan olmuş, 1946-cı ildə ADU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. O, həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1957-ci ildə akademik M.V.Keldışın rəhbərliyi altında “01.01.01” ixtisası üzrə “Bəzi öz-özünə qoşma olmayan […]
17/09/2025
2025-ci il sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institut əməkdaşlarının elmi ezamiyyətlərinə dair hesabatlar dinlənilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub. İclasa İnstitutun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov sədrlik edib.İlk olaraq […]