Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni intellekt yaxın gələcəkdə iş yerlərinin çoxunu əvəz etməyəcək

Süni intellect artıq uzun müddətdir ki, əmək bazarını dəyişməyə başlayıb. Lakin insanların yeni texnologiyalar səbəbindən işsiz qalma ehtimalı o qədər də yüksək deyil. İş axtarış platforması Indeed tərəfindən aparılmış araşdırmada belə nəticəyə gəlinib ki, əməkdaşların əksəriyyəti öz iş yerlərini qoruyub saxlayacaq. Əmək bazarı nəzərəçarpacaq dəyişikliklər yaşayır. Bosch şirkəti 2030-cu ilə qədər ümumilikdə 13 000 iş […]

Azərbaycan riyaziyyatçıları – Yaşar Mehralıyev

Mehralıyev Yaşar Topuş oğlu, xüsusi törəməli diferensial tənliklər sahəsində mütəxəssis, 30 sentyabr 1959-cu ildə Ermənistan respublikası, Qafan rayonu, Pürülü kəndində anadan olmuş, 1976-cı ildə həmin rayonun Gığı kənd orta məktəbini bitirmiş, 1977-1982-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil almış, 1989-1995-ci illərdə Bakı Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər” kafedrasının dissertantı olmuş, BDU-da “Parabolik tənliklər […]

Akademik Azad Mirzəcanzadə

Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan ol­muşdur. Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dağ mühəndisi ixtisası üzrə bitirmişdir (1949). 1951-ci ildə fəlsəfə doktoru, 1957-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın həqiqi üzvü seçilmişdir. A.Mirzəcanzadə ADU Nəzəri mexanika kafedrasında […]

ELAN

01.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda Bakı Dövlət Universitetinin II kurs magistrantı Vüqar Əli oğlu Quliyev “Üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və inkişafı tarixindən […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Şamaxıda unudulmaz istirahət günü keçiriblər

28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri tərəfindən əməkdaşlar üçün təşkil olunan bir günlük Şamaxı səfəri uğurla həyata keçirilib. İnstitutun 27 nəfər əməkdaşı Azərbaycanın ən gözəl təbiət guşələrindən biri sayılan Şamaxıda — Abqora və Məlhəm istirahət mərkəzlərində dincəlmək və rahat istirahət etmək imkanı əldə ediblər. İnstitut əməkdaşları bölgənin görməli yerləri […]

Azərbaycan riyaziyyatçıları -Məhəmməd Quliyev

Quliyev Məhəmməd Əhməd oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 1943-cü il sentyabrın 27-də anadan olmuşdur. 1960-cı ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1965-ci ildə həmin fakültəni bitirmişdir. 1967-1970-ci illərdə AEA Kibernetika İnstitutunun əyani aspirantı olmuş, 1973-cü ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2008-ci ildə professor elmi adını almışdır. 1974-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsində elmi-pedaqoji […]

Faydalı linklər