27/03/2021
Xəzər dənizinə (gölünə) böyüklü-kiçikli 130-a yaxın çay axır. Bu çayların arasında Volqa, Ural, Terek, Kür kimi böyük çaylar da var. Bu statistikanı bilən, hidrologiya mütəxəssisi olmayan şəxs belə Xəzərin qurudulmasının mümkünsüzlüyünü, yaxud da çox müşkül bir məsələ olmasını dərhal anlaya bilər. Amma 70 il tarixi olan SSRİ-yə 30 il rəhbərlik edən, Çörçillin təbirincə desək, “SSRİ-ni xışla qəbul edib, […]
27/03/2021
Dünya Elm Günü YUNESKO-nun qərarı ilə təsis edilib. 2001-ci ildə YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin […]
27/03/2021
Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elm həmdə dünyaya sistemli baxışdır, insanı yüksəldən mənəvi uçalıqdır. İnsan yalnız elmi bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər. Martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Qədim […]
27/03/2021
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq qərara alıram: Hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2018-ci il. president.az
25/03/2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər […]
19/03/2021
Alimlər batareyaları doldurmaq üçün insan bədənindən enerji yığan bilərzik hazırlayıblar. “Haber Global”ın məlumatına görə, bu barədə “Science Advances” elmi jurnalında məqalə dərc olunub. ABŞ-ın Kolorado Boulder Universitetində hazırlanan cihaz bədən istiliyini elektrikə çevirən termoçiplə təchiz olunub. Onun sayəsində insanlar mobil telefonlarını və ya “ağıllı” qol saatlarını istənilən zaman enerji ilə doldura bilərlər. Bilərziyin dərinin hər […]