Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetində AMEA əməkdaşlarının İkinci Qarabağ müharibəsində iştirakına dair maraqlı məqalə yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri yer alıb. Nəşrin növbəti səhifələrində “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfrans, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının, Fizika-Riyaziyyat […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş şəxslər iştirak ediblər. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. İlk olaraq akademik Ramiz Mehdiyev AMEA Botanika İnstitutunun direktoru, akademik Validə […]

Savadsız ana onun doğum tarixini bilmirdi və o, 19 yaşında Avropanın ən yaxşı riyaziyyatçısı oldu. Karl Fridrix Qauss

Müasirləri onu “Riyaziyyatçıların şahı” adlandırmışdılar Yohann Karl Fridrix Gauss (1777 – 1855) bütün zamanların ən böyük riyaziyyatçılarından biri hesab olunur. Hələ uşaq ikən fitri istedadı özünü biruzə verir, kiçik yaşlarından o, oxumaq və saymağı bacarmaqla, atasına mühəndislik  işlərində də kömək edirdi. Karl Qauss təhsilini Braunşveyq Kollecində almış, daha sonra Göttinqen Universitetində biliklərini daha da  dərinləşdirmişdir.  […]

Azad edilmiş torpaqlar gələcəkdə “Yaşıl enerji” zonası kimi tanınacaq

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yeni coşğun həyata qayıdacağını bildirib. Dövlətimizin başçısı deyib ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə […]

Prezident Nəriman Həsənzadəni təltif etdi

Prezident İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axşam.az xəbər verir ki, o, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Bundan başqa, dövlət başçısı Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini […]

Finlandiyada koronavirusun yeni mutasiyası tapıldı

Finlandiyada koronavirusun yeni mutasiyası müəyyən edilib. Bu barədə VİTA laboratoriyası məlumat yayıb. Yeni mutasiyaya Fin-796H adı verilib. Yeni varinat koronavirusun həm Britaniya, həm də Cənubi Afrika ştammlarının xüsusiyyətlərini daşıyır. Laboratoriyadan bildirilib ki, yeni mutasiyanın PCR testi ilə müəyyən edilməsində çətinliklər yarana bilər. © Mənbə: www.oxu.az

Faydalı linklər