Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir

Veb-saytlar süni intellektin təsiri nəticəsində getdikcə daha çox trafik itirirlər. Wikipedia bu tendensiyada istisna deyil. Onlayn ensiklopediyanın arxasında duran fond bu mövzu ilə bağlı bəyanat yayıb. Fondun nümayəndələri süni intellekti demonizə etmək istəmədiklərini bildiriblər, lakin istifadəçiləri məlumatı əldə etdikləri mənbələrə qarşı tənqidi yanaşmağa çağırıblar. İnternetdə məlumat axtarışı üsulları köklü şəkildə dəyişib. İndi getdikcə daha çox […]

Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib

Alimlər özünü bərpa edə bilən və ənənəvi modellərlə müqayisədə daha sürətli öyrənən yeni tip süni intellekt təqdim ediblər. Sistem insan beyninin sabitliyi qoruma və yüklənmədən sonra bərpa olunma qabiliyyətini təmin edən homeostaz və özünütənzimləmə prinsiplərinə əsaslanır. Təcrübələrdə bu süni intellekt “səsli” və natamam məlumatlarla işləyərkən yüksək dayanıqlılıq nümayiş etdirib – onun dəqiqliyi mövcud neyroşəbəkələrlə müqayisədə […]

Riyaziyyat və Mexanika İnstitutunda “Optimal İdarəetmə”şöbəsinin elmi seminarı keçirilib

23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, f-r.e.d., professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti […]

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı […]

ELAN

27-29 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində “Funksional analiz və tətbiqlərinin müasir problemləri” mövzusunda elmi vorkşop keçiriləcəkdir. Vorkşop çərçivəsində funksional analiz sahəsində aşağıdakı aktual mövzular müzakirə olunacaq: Sinqulyar potensiallı diferensial operatorlar Zəif əlaqəlik fenomeni Dayanıqsızlıq problemləri Robin Laplasianlarının yeni sinifləri Məruzə ilə çıxış […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, dosent Elman İbrahimov “Gegenbauer – Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer – Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun […]

Faydalı linklər