18/12/2020
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 26-cı nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımızın rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubları yer alıb. Nəşrin növbəti səhifələrində Azərbaycan Respublikası Prezidentinin 2020-ci […]
17/12/2020
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də […]
17/12/2020
Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.
17/12/2020
Rusiyanın Müdafiə Nazirliyi Qarabağın Hadrut bölgəsində rusiyalı sülhməramlıların Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alınması barədə məlumatları təkzib edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin bütün bölmələri istər müşahidə postlarında, istərsə də atəşkəs rejiminin gözlənilməsinin monitorinqinin gedişində ştat rejimində tapşırıqları yerinə yetirirlər”, – deyə nazirlikdən bildirilib. Qurumdan həmçinin Rusiya kontingentinin qərargahının birbaşa […]
17/12/2020
“Live Science”in məlumatına görə, 21 dekabr gecəsi 20 ildə bir rastlaşılan iki nəhəng planetin yaxınlaşması hadisəsi baş verəcək. Redaktor.az xəbər verir ki, Yupiter və Saturn bu ilki “böyük görüşdə” qeyri-adi dərəcədə yaxın olacaq. Bu hadisə son dəfə 16 iyul 1623-cü ildə yaşanıb. Avstraliyanın Monaş Universitetində çalışan astronom Mişel Brovn “Washington Post”a açıqlamasında Yupiterin Günəş ətrafındakı […]
17/12/2020
Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrindən istifadə edir. Yeni tədqiqatlar onu göstərir ki, koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir. Bu barədə Hightech.plus saytı xəbər verib. Aparılmış tədqiqatlar təsdiqləyiblər ki, koronavirus təkcə tənəffüs xəstəliyi deyil. Belə ki, o, mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə […]