Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

Məruzə hamar sərhədli məhdud oblastlarda simmetrik fəzaların normaları ilə törənən Banax-Sobolev fəzalarında II tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həll olunmasına həsr edilmişdir. Həll olunma güclü mənada başa düşülür. Xüsusi halda bircins uyğun  məsələnin trivial həllinin varlığından qeyri-bircins məsələnin də həllinin varlığı alınır. Müəyyən şərtlər daxilində baxılan məsələnin Banax-Sobolev fəzalarında həll olunmasına ekvivalent olduğu göstərilib. […]

ELAN

Elmi Şuranın ilk iclası keçiriləcək  Hörmətli həmkarlar! 13 mart 2026-cı il tarixində saat 14:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Elmi Şurasının ilk iclası keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dünyanın ən nüfuzlu universitetlərini idarə edən qadınlar – Araşdırma

Son illərdə ali təhsil sistemində diqqət çəkən mühüm dəyişikliklərdən biri dünyanın aparıcı universitetlərində qadın rəhbərlərin sayının artmasıdır. Uzun müddət universitet rəhbərliyi əsasən kişilərin üstünlük təşkil etdiyi sahə olsa da, bu gün bir sıra nüfuzlu akademik qurumlara qadın alimlər rəhbərlik edir. Bu tendensiya təkcə gender bərabərliyinin güclənməsini deyil, həm də ali təhsildə idarəetmə modelinin dəyişdiyini göstərir. […]

Yel çərşənbəsi – Küləyin gətirdiyi bahar

Yazın gəlişini müjdələyən sərin meh əsir, torpaq baharın nəfəsini duyur. Bu gün Novruzun sayca üçüncü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Heydər çərşənbəsi” və “Küləkli çərşənbə” də deyilir. Qədim inanclara görə, Yel çərşənbəsində oyanan külək bütün dünyanı dolaşaraq təbiətə can verir. O, oyanmış suyu və odu hərəkətə gətirir, torpağa yeni […]

ELAN

11 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda  Cəbr və riyazi analiz laboratoriyasının müdiri, r.ü.f.d. Eminağa Məmmədov “Məhdud oblastlarda təyin olunmuş Banax–Sobolev fəzalarında ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həll olunması haqqında” mövzusunda məruzə ilə çıxış edəcək. Seminar Riyaziyyat İnstitutunun akt zalında […]

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edilib. Paylaşımda deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”. AzərTac

Faydalı linklər