18/06/2020
Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulub. AMEA magistrantlarının ümumi və seçmə fənlər (“Ali məktəb pedaqogikası”, “Psixologiya” və “Fəlsəfənin əsasları”) üzrə imtahanlarının təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə […]
14/06/2020
Türk mühəndisləri tərəfindən rekord sürətlə istehsal olunan və dünyaya ixrac olunan yerli süni tənəffüs aparatından sonra daha bir uğur əldə edilib. Belə ki, Türkiyə ilk dəfə rəsmi olaraq “COVID-19”a qarşı sintez dərmanın hazır olduğunu bəyan edib. milliyet.com.tr saytının məlumatına görə, ölkənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank bu barədə açıqlama verib: “32 nəfərdən ibarət komanda ilə […]
14/06/2020
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Heydər ƏLİYEV Gəncliyin intellektual, mənəvi imkan və ölçülərinin geniş olması dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti çalışır ki, cəmiyyətin aparıcı təbəqəsi olan […]
12/06/2020
İyunun 12-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şura üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər. Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Akademik bir müddət öncə Azərbaycan Respublikasının Prezident […]
12/06/2020
Rusiya xəstəxanalarına COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub. İlk dərmanları Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod vilayətlərinin tibb məntəqələri alıb. poisknews.ru saytının məlumatına görə, preparat məcburi tibbi sığorta proqramına daxil olan rusiyalılar üçün ödənişsiz olacaq. Hazırda Rusiyada “Avifavir”ə qarşı yüksək tələbat olduğundan onun ölkənin bütün regionlarına çatdırılmasına dair danışıqlar aparılır. Həmçinin 10-dan […]
12/06/2020
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 7-ci və 8-ci sayları çapdan çıxıb. Qəzetin ilk səhifələrində Prezident İlham Əliyevin “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında”, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamları və bir sıra fərmanları yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın onlayn Ümumi yığıncağı, həmçinin Rəyasət Heyətinin […]