07/08/2020
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub. Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədilə keçirilir. Eyni zamanda, aktual və müasir elmi […]
28/07/2020
Səhiyyə Nazirliyinin “Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb. Pilot layihə çərçivəsində xəstələr həkim qəbulundan onlayn videobağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül […]
26/07/2020
Son günlər ermənilərin təcavüzünə və Tovuz hadisələrinə qarşı xaricdə aksiya keçirən dinc həmvətənlərimizə və Azərbaycanın bir sıra ölkələrdəki diplomatik korpuslarına qarşı radikal erməni qüvvələri tərəfindən təxribatlar, vəhşiliklər törədilir. Artıq ABŞ-ın Los-Anceles və Belçikanın Brüssel şəhərlərində qanlı təxribat da qeydə alınıb. Məlumdur ki, bu təxribatları törədən ermənilərin arxasında müəyyən mütəşəkkil qruplar, dəstələr dayanır. Hətta təxribat törədən […]
25/07/2020
İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər. […]
25/07/2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin iclası, hər şeydən əvvəl, hazırda dünyanın qlobal pandemiya bəlası ilə üzləşdiyi çətin bir dövrdə ölkəmizdəki mövcud inkişaf proseslərinin dərindən təhlil edilib dəyərləndirilməsi, qazanılmış böyük uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrin müəyyən edilməsi […]
24/07/2020
Funksiyalar nəzəriyyəsi və funksional analiz, diferensial tənliklər sahəsində tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Allahverən Cəbrayıl oğlu Cəbrayılov 15 may 1940-cı il tarixində Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1965-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunun “Funksiyalar nəzəriyyəsi” […]