Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanovun 70 yaşı münasibəti ilə təbrik edirik!

Həmidulla İsrafil oğlu Aslanov – 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adini  almışdır. Differensial operatorların spectral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir, […]

Görkəmli riyaziyyatçı alim Qabil Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün Tətbiqi Riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyevin 85 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость […]

E L A N

20.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında prioritet məsələlər müzakirə olunub

Fevralın 18-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib. Əvvəlcə bölmənin üzvü olmuş mərhum akademik Bahadır Tağıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağını xatırladan alim tədbirdə […]

Magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq. © Mənbə: www.science.az

ELAN

19 Fevral, 2020-ci il saat 12.00-da “Diferensial tənliklər” və  “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti birgə seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Fərhadova Yetər Müzakir qızı “Kabel ilə bir əlaqə nöqtəsi olan asma körpünün rəqslərinin riyazi modelinin araşdırılması” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər