Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Fərmanı və “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı yer alıb. Mətbu orqanın növbəti səhifələrində Yeni Azərbaycan Partiyası AMEA ərazi təşkilatının […]

“Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda şöbə müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli” mövzusunda məruzə etdi. Məruzədə ilk dəfə olaraq materialı özlüelastik olan sonsuz böyük cismdə, daxilindəki topa qüvvənin təsirindən yaranan gərginlik deformasiya vəziyyətinin təyini […]

ELAN

04 mart 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzəsi olacaq. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar” mövzusunda seminar keçirilib

28.02.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edib. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün […]

Rəyçilik fəaliyyəti haqqında

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov riyaziyyatın tətbiqləri və neyron şəbəkələr nəzəriyyəsi üzrə nəşr edilən nüfuzlu beynəlxalq elmi jurnallarda rəyçilik fəaliyyətini genişləndirmişdir. Belə ki, son illər o, IEEE təşkilatı tərəfindən dərc edilən “IEEE Transactions on Neural Networks and Learning Systems”, “IEEE Transactions on Emerging Topics in Computational Intelligence” jurnallarının, […]

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun və fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunun  direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun və “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun “First- and second-order necessary conditions with respect to components for discrete optimal control problems” adlı məqalə elmi məqaləsi “Web of Sciences” bazasında indeksləşən, Q1 kvartilinə daxil olan Elsevier-in nüfuzlu “Journal […]

Faydalı linklər