Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

20.05.2020-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ramazan Bayramı” münasibəti ilə tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan Institutunun HİK-nin  sədri dos. İradə Mirzəzadə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunmasını arzulamış, eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd etmişdir. Həmçininin komitə sədri dos. […]

AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir. Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər. © Mənbə: www.science.az

ABŞ-da COVID-19-a qarşı peyvəndin uğurla nəticələndiyini bəyan edilib

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib. washingtonpost.com saytı xəbər verir ki, şirkət nümayəndələri klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildiriblər. Koronavirusa qarşı “mRNA-1273” nömrəli namizəd vaksin infeksiyaya məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib. Namizəd […]

“Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait nəşr olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, professor Firədun İbrahimov və mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanovun həmmüəllifi olduqları “Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait işıq üzü görüb.  Bakalavirat təhsil pilləsi üçün nəzərdə tutulmuş metodik vəsait Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-Metodiki Şurasının qərarı ilə çap edilib. Kitabın elmi redaktoru […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu, həmçinin ölkə başçısının 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AMEA-nın Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı yer alıb. Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz […]

ABŞ-da koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib

ABŞ ekspertləri COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçiblər. rbc.ru saytı xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasından məlumat verilib. “Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 80-dən çox farmaseptik şirkət tərəfindən təqdim olunan 93 variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin […]

Faydalı linklər