Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə məlumatlandırma seminarı keçiriləcək

23 yanvar 2020-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində məlumatlandırma seminarı keçiriləcək. Layihə təklifləri ilə əlaqədar baş tutacaq seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması geniş izah olunacaq. Ünvan: Bakı şəh., H.Cavid pr., 115 […]

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək. Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı […]

Magistraturaya sınaq imtahanı üçün qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də baş tutacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gündən başlayaraq yanvarın 27-si saat 11:00-dək DİM-in internet […]

Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. © Mənbə: www.science.az

AMEA-nın İşlər idarəsinin yeni müdiri kollektivə təqdim edilib

AMEA prezidentinin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri təyin olunmuş texnika elmləri doktoru, professor Elton Məmmədov yanvarın 17-də AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib. Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada […]

AMEA Rəyasət Heyətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-nın Rəyasət Heyətində akademiya əməkdaşlarının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu söyləyib. Sonra nazir Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məruzə […]

Faydalı linklər