Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Nobel həftəsi” başlayır

Növbəti “Nobel həftəsi” İsveçin paytaxtında fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə açılacaq.Digər nominasiyalar üzrə də qaliblər yaxın günlərdə açıqlanacaq.Nobel Komitəsinin fizika üzrə qərarı oktyabrın 7-də, kimya üzrə oktyabrın 8-də, ədəbiyyat üzrə isə oktyabrın 9-da, Sülh mükafatı laureatı isə oktyabrın 10-da Osloda elan olunacaq. İsveç Milli Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş […]

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, […]

“QS 2026” qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

Oktyabrın 3-də “QS 2026” qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib. Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş “QS […]

Azərbaycan riyaziyyatçıları- Arif Cəfərov

Cəfərov Arif Səttar oğlu, yaxınlaşmalar nəzəriyyəsi sahəsində mütəxəssis. 1937-ci il oktyabrın 6-da Füzuli rayonunun Horadiz kəndində anadan olmuş, 1961-ci ildə ADU-nun Mexanika riyaziyyat fakültəsini bitirmiş, həmin il AEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş, 1965-ci ildə akademik N.Musxilişvilinin rəhbərliyi ilə “Некоторые результаты о наилучших приближениях функций на сфере и в шаре и их приложения” […]

ELAN

08.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji gruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə edəcəkdir. Seminarda  lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələrindən bəhs edilecəkdir. Məruzədə həmçinin bu sahədə aparılmış tədqiqatların tarixi […]

Azərbaycan riyaziyyatçıları -Məhəmməd bəy Əfəndiyev

Məmməd Rəşid oğlu Əfəndiyev, Azərbaycanda riyazi təhsilin və riyazi terminologiyanın banilərindən biri, 5 oktyabr 1887-ci ildə Nuxada (indiki Şəki) anadan olmuş, ilk təhsilini Tiflis gimnaziyasında almış, 1908-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuş və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləmiş, 1914-1915-ci illərdə Qori müəllimlər seminariyasında riyaziyyat müəllimi, sonra Şəki […]

Faydalı linklər