19/02/2020
21.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatorunun […]
19/02/2020
19 Fevral, 2020-ci il tarixində “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti birgə seminarı keçirilib. Seminarda şöbənin doktorantı Fərhadova Yetər Müzakir qızı “Kabel ilə bir əlaqə nöqtəsi olan asma körpünün rəqslərinin riyazi modelinin araşdırılması” mövzusunda çıxış edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
19/02/2020
Həmidulla İsrafil oğlu Aslanov – 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adini almışdır. Differensial operatorların spectral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir, […]
19/02/2020
Bu gün Tətbiqi Riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyevin 85 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость […]
19/02/2020
20.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]
19/02/2020
Fevralın 18-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib. Əvvəlcə bölmənin üzvü olmuş mərhum akademik Bahadır Tağıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağını xatırladan alim tədbirdə […]