Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Texnologiya liderlərinin ümid və qorxuları – Davosdan səslər

Süni intellekt (AI) mövzusu başa çatmış Davos Dünya İqtisadi Forumunda, demək olar ki, hər bir müzakirəyə daxil olub və yeni iş yerləri, texnologiyalar, ticarət tarifləri, beynəlxalq rəqabət və geosiyasi gərginliklər kimi ənənəvi əsas mövzularla yanaşı eyni səviyyədə müzakirə olunub. “Azərbaycan müəllimi” xəbər verir ki, dünyanın “Nvidia”, “Microsoft”, “Anthropic” və “Google DeepMind” kimi nəhəng şirkətlərinin liderləri, […]

2025-ci ildən sonra Azərbaycanda süni intellektin hansı istiqamətlərdə potensialı var?

2025-ci ildən sonra süni intellektdə hansı istiqamətlərin Azərbaycanda real tətbiq potensialı var? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, 2025-ci ildən sonra Azərbaycanda süni intellektin real tətbiq potensialı ən yüksək olan sahələr rəqəmsal dövlət idarəçiliyi, […]

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İsveçrədə Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirakına dair icmal yer alıb. Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın elmi bölmə və mərkəzlərinin, təşkilatlarının 2025-ci ildəki fəaliyyətlərinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin iclasları, AMEA-da 20 Yanvar faciəsinin 36-cı ildönümü […]

Nazir: Süni intellekt sahəsi daim diqqət və təkmilləşdirmə tələb edir

Azərbaycanın Elm və Təhsil Nazirliyi süni intellektin tətbiqi ilə bağlı bir sıra layihələr həyata keçirir. Bu barədə AZƏRTAC-la söhbəti zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi üçün əsas şərtlərdən biri müvafiq məlumatlar sisteminin mövcudluğudur. “Yəni, müxtəlif elmi məlumatlar sistemli şəkildə toplanmalı və zəruri baza formalaşdırılmalıdır. Belə […]

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilir. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib. Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Nazirlər Kabinetinin Qərarı ilə […]

Elm və təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirilib. Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. Görüş zamanı Qarabağ Universiteti ilə […]

Faydalı linklər