Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

İyulun 25-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az

Azərbaycan riyaziyyatçıları- Sabir Hüseynzadə

Hüseynzadə Sabir Məcid oğlu – cəbri həndəsə, cəbri topologiya, tətbiqi riyaziyyat sahələrində tanınmış mütəxəssis, 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuş, orta təhsilini 1957-1966-cı illərdə Moskva şəhərində almışdır. 1971-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1971-1974-cü illərdə 01.01.04. ixtisası üzrə aspiranturada təhsil almışdır. 1975-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 01.01.04 ixtisası üzrə […]

Azərbaycan riyaziyyatçıları – Rövşən Bəndəliyev

Bəndəliyev Rövşən Əlifağa oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 1974-cü il iyulun 26-da Hacıqabul rayonunda anadan olmuş, 1991-ci ildə 9 nömrəli orta məktəbi bitirmiş, 1993-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirmişdir. 1999-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 2002-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda […]

İntellektual tədqiqat gəmisi suya buraxıldı

Çinli alimlər okeanologiyada inqilab edəcək yeniliyə imza atıblar. Belə ki,  Çinin Dövlət Gəmiqayırma Korporasiyası Şanxayda ölkənin ilk intellektual pilotsuz okeanoqrafik tədqiqat gəmisi – “Tuntszi”ni istifadəyə verib. Adını Tuntszi Universitetindən alan gəmi tamamilə yerli şirkətlər tərəfindən layihələndirilib və inşa edilib. Ekoloji cəhətdən təmiz, səssiz və intellektual gəmi elmi-tədqiqat üçün hazırlanmış nəqliyyat vasitəsinin yeni nəslini təmsil edir. […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında sonuncu nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciəti və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili […]

Emin Əmrullayev Çinin ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 23-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az

Faydalı linklər