Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN

Hörmətli həmkarlar! 30 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın prezidenti,  görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin Elmi şurasının 14 aprel 2025-ci […]

Riyaziyyatçı alimin “Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiyası “Elm” nəşriyyatında çap edilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri Əli Babayevin Nəsirəddin Tusi haqqında “Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiyası “Elm” nəşriyyatında çap edilib. XIII əsrdə yaşamış dahi soydaşımız, ensiklopedist alim  Nəsirəddin Tusinin yaradıcılığı öz dövründən başlayaraq bu günə kimi bir çox ölkələrin elm tarixçiləri tərəfindən […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan-Çin genişmiqyaslı strateji tərəfdaşlığı istiqamətində yeni səhifə” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Azərbaycan-Qırğızıstan elmi əlaqələri yeni inkişaf mərhələsində” rubrikası altında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərlə bağlı xəbərlər, […]

Agentliyin direktoru vətəndaşları qəbul edib

Aprelin 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qəbul cədvəlinə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşların […]

ELAN

AHİK Üzvləri Üçün Xüsusi Təklif! Sizi dəyərinin 15% -ni  ödəməklə  7 və ya 14 gün ( 3 dəfə gidalanmaqla) tam müalicə paketi təklif edirik -“Bilgəh” kardioloji sanatoriyası – “Abşeron” mədə-bağırsaq sanatoriyası – “Qaranquş” uroloji sanatoriyası – “Günəşli” nevroloji sanatoriyası – “Şıx” sanatoriyası (dayaq –hərəkət sistemi xəstəliklərinin müalicəsi) – Buzovna  Fizioterapiya Mərkəzi – Xəzər Turist Bazası […]

Streslə mübarizədə yeni texnologiya

ABŞ-ın Karnegi Mellon Universitetinin alimləri stresdən əziyyət çəkən insanlara kömək etmək üçün innovativ texnologiya hazırlayıblar. Virtual reallığa əsaslanan sistem emosional stresi aradan qaldırmaq üçün effektiv vasitələr təklif edir. Yeni sistem istifadəçilərin özünə kömək edə biləcəyi real stres ssenariləri yaradır. Belə ki, VR/AR eynəklərini taxdıqdan sonra insan özünü virtual səhnədə rəqəmsal auditoriya qarşısında və ya çətin […]

Faydalı linklər