Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək

Mayın 22-23-də Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr ediləcək. BMU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif universitetlərində, akademiyalarında və tədqiqat institutlarında çalışan gənc tədqiqatçılar bu platformada bir araya gəlməklə, son elmi nailiyyətləri və […]

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika  İnstitututun professoru, fizika-riyaziyyat elmləri doktoru Lətif Xəlil oğlu Talıblının Böyük Britaniyanın Oksford Universitetinin SCOPUS və “Web of Science” elmmetrik bazalarına daxil olan nüfuzlu beynəlxalq “Mexanika və Tətbiqi Riyaziyyat üzrə Rüblük Jurnal”ında “Fırlanan özlüelastik disk üçün üçölçülü sərhəd məsələsinin dəqiq həlli” adlı elmi məqaləsi dərc olunub. Məqalədə, […]

1 milyon dollar: Müəllimliyin “Nobel” mükafatı hind müəllimə verildi 

Hindistanlı müəllim, ictimai fəal, yüzlərlə tədris mərkəzinin yaradılması və kasıb məhəllələrinin divarlarında maarifləndirici freskaların çəkilməsi ilə tanınan Ruble Nagi “Varkey Foundation” təşkilatının təsis etdiyi 1 milyon dollar məbləğində “Global Teacher Prize” mükafatına layiq görülüb. “Azərbaycan müəllimi” xəbər verir ki, dünyanın ən böyük mükafatlarından olan və müəllimliyin “Nobel”i adlandırılan “Dünya müəllim mükafatı” Ruble Nagiyə Dubayda (BƏƏ) […]

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub” başlıqlı icmal yer alır. Bugünkü buraxılışın ilk səhifələrində “Ölkə Prezidentinin sərəncamları əsasında AMEA-da silsilə tədbirlər keçirilir” rubrikalı informasiya, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhanla […]

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri ilə görüşüb

Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Sarah bint Yousef Al Amiri ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb. edu.gov.az

Elm və təhsil naziri BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb. Görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi […]

Faydalı linklər