Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İlk dəfə Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşı universiteti sırasında

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti […]

Azərbaycan riyaziyyatçıları – Tahir Xanıyev

Xanıyev Tahir Əjdər oğlu, ehtimal nəzəriyyə sahəsində mütəxəssis, 20 iyun 1958-ci ildə Yardımlı rayonunun Porsova kəndində anadan olmuş, 1965-1975-ci illərdə kənd orta məktəbində oxuyub. 1980-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir. 1987-ci ildə Ukrayna EA Riyaziyyat İnstitutunda akademik A.V.Skoroxodun rəhbərliyi ilə “Изучение процессов полумерковского блуждания с двумя задерживающими экранами (01.01.05)” mövzusunda namizədlik, 2006-cı ildə […]

Rekord nəticə: 25 universitetimiz beynəlxalq reytinqdə

İyunun 18-də dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi ali təhsil müəssisələrinin növbəti reytinq tədqiqatının nəticələrini – “Impact Rankings 2025” açıqlayıb. “Azərbaycan müəllimi” xəbər verir ki, dünya universitetlərinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən tədqiqatda Azərbaycan ali təhsil müəssisələrinin sayı rekord həddə – 25-ə çatıb. Azərbaycan üzrə ən yaxşı nəticəni […]

Çində elektrik enerjisinin birbaşa ötürülməsi layihəsinə başlanılıb

Çinin Sincan-Uyğur Muxtar bölgəsində yerləşən Hami şəhərindən Çuntsinə ±800 kV ultra yüksəkgərginlikli birbaşa cərəyan ötürülməsi layihəsinə başlanılıb. Bu barədə  Sinxua agentliyi məlumat verib. 2260 kilometr uzunluğunda olan elektrik xəttinin gücü 14,2 milyon kVt təşkil edir. Onun təxminən 70 faizi, yəni 10,2 milyon kVt-ı külək və günəş enerjisi hesabına təmin olunur. Yeni xəttin hər il 36 milyard […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

18 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, professor Vüqar Elman oğlu İsmayılov “Bəzi bibliometrik göstəricilər və onların elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu haqqında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə  elmi fəaliyyətin qiymətləndirilməsində əsas meyar kimi çıxış edən bibliometrik […]

ELAN

Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti elmi müsabiqəni elan edir Müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, coğrafi informasiya sistemləri sahəsinə töhfə vermək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını dəstəkləməkdir. Bu ilki müsabiqə “Gələcəyin Xəritəsi” mövzusu altında keçirilir və 2025-ci ildə Vətən […]

Faydalı linklər