10/03/2025
Avstraliyanın Cortical Labs şirkəti insan neyronları və silikon çipləri birləşdirən dünyanın ilk kommersiya biokompüteri olan CL1-i təqdim edib. Yeni sistem ənənəvi süni intellektdən daha sürətli öyrənmək və daha az enerji sərf etməklə hesablamada inqilab edəcəyini vəd edir. CL1 sintetik bioloji intellekt texnologiyasına əsaslanır. Cihazın içərisində pluripotent kök hüceyrələrdən yetişdirilən canlı neyronlar üzvi hesablama şəbəkəsi təşkil edir. Onlar […]
10/03/2025
12 mart 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Seminarda ”Tətbiqi riyaziyyat şöbəsi” nin müdiri, mexanika elmləri doktoru, dosent Elxan Abbasov “Maye-qaz qarışığının kütləköçürmə və mübadilə nəzərə alınmaqla boruda hərəkət dinamikası” mövzusunda məruzə edəcək. Məruzədə maye-qaz qarışığının kütləköçürmə və mübadiləsi nəzərə alınaraq boruda qeyri-stasionar […]
08/03/2025
Əziz xanımlar! Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi gəlbdən təbrik edirik! Sizlərin cəmiyyətimizin intellektual və mədəni inkişafındakı rolu əvəzsizdir. Siz elmin,təhsilin,mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrində,eyni zamanda,milli estetik zövgün formalaşmasımda bilik və bacarıqlarınızla mühüm nailiyyətlər əldə edərək,cəmiyyətimizin tərəqqisinə dəyərli töhfələr verirsiniz. Bu əlamətdar gündə Sizə möhkəm sağlamlıq,şəxsi və peşəkar fəaliyyətinizdə yeni uğurlar,ailə və […]
07/03/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan-Türkiyə strateji əməkdaşlığında yeni səhifə” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Bəsirətin Zəfəri” adlı yazı və “AMEA-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub” sərlövhəli informasiya dərc edilib. Bundan əlavə, qəzetin səhifələrində […]
06/03/2025
Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz […]
06/03/2025
06.03.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” adlı mövzusunda məruzə edib. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat […]