03/03/2025
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki Universitetində Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Emin Əmrullayev ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və s. barədə məlumat verib. Nazir bildirib ki, indi xaricdə doktorantura […]
03/03/2025
05 mart 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ali həndəsə və topologiya kafedrasının professoru, Hüseynzadə Sabir Məcid oğlu “Зеркальная симметрия и связанные с ней инварианты” mövzusunda məruzə edəcək. Hüseynzadə Sabir Məcid oğlu – cəbri həndəsə, cəbri […]
02/03/2025
Hörmətli həmkarlar ! 5 mart 2025-ci il tarixində saat 11:30–da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri,dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Azərbaycan kino, teatr və dublyaj aktyoru, Azərbaycan Respublikası əməkdar artisti,Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Firdovsi Nurəddin […]
28/02/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər” başlıqlı xəbər yer alıb. Bugünkü sayın ilk səhifələrində “Yeniləşən Akademiyanın yeni formatda illik Ümumi yığıncağı” adlı yazı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi […]
28/02/2025
Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim, İbrahimov İbrahim İbiş oğlu, 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. Atası 1917-ci ildə vəfat etmiş, 30 yaşında dul qalmış Mənsumə xanımın və əmisi Yusif kişinin himayəsində böyümüşdür. O, ilk təhsilini 1921-ci ildə 9 yaşında kəndlərindən bir kilometr […]
27/02/2025
2007-ci ildə astronomlar qravitasiya linzası effekti yaradan qalaktikalar sistemini kəşf etdilər və ona Kosmik Nal adını verdilər. Bizə 5.5 milyard işıq ili uzaqlıqda yerləşən yaxın qalaktikanın böyük kütləsi, ondan daha uzaqda yerləşən digər bir qalaktikanın təsvirini böyüdür və təhrif edir. Uzaq qalaktikadan gələn işıq 10 milyard ildən çoxdur ki, bizə doğru hərəkət edir. Hər iki qalaktika o […]