Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qarabağ xəbərləri

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında […]

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla […]

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli  tədbir keçirilib. İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat […]

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu barədə AZƏRTAC-a Heydər Əliyev Fondundan məlumat verilib. Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” […]

Qarabağda birinci “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. “Ağıllı kənd” nədir?

İşğaldan azad edilmiş Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. Ağalı kəndində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. AZƏRTAC xəbər verir ki, səfərdən geniş reportaj aprelin 27-də təqdim ediləcək.

Faydalı linklər