01/04/2021
Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışında bildirib. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: […]
15/03/2021
Xəbər verildiyi kimi, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, […]
11/03/2021
İşğaldan azad edilmiş ərazilərdə geniş sənaye xammalı potensialı mövcuddur. Bu ərazilər özünəməxsus geoloji quruluşu, filizsaxlayan kompleksləri, geoloji tektonik inkişaf şəraiti, metallogenik xüsusiyyətləri və bunlarla əlaqadar müxtəlif formasiyalarda təşəkkül tapmış bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malikdir. Eləcə də bax: Azərbaycanda faydalı qazıntı yataqları hərrac yolu ilə – İstismara Veriləcək FED.az xəbər verir ki, bu barədə […]
04/03/2021
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır. Tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Eləcə də, fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, […]
02/03/2021
Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında film çəkilişlərində birgə fəaliyyət göstərəcək. Bu barədə Ankaraya rəsmi səfər edən Mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə müsahibəsində deyib. O, film sahəsində Türkiyənin təcrübələrindən faydalanmaq istədiklərini vurğulayıb. “Qəhrəman əsgərlərimizin mübarizəsini filmlə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq. Keyfiyyətli filmlərin çəkilməsinə ehtiyac var. Bu məqsədlə türkiyəli qardaşlarımız və istehsal şirkətləri […]
01/03/2021
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. […]