23/01/2021
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb. Eləcə də bax: “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği – Açıqlanıb FED.az xəbər verir ki, Fonda toplanan vəsait 27 milyon 476 min 577.35 manatdır. Həmin vəsaitdən 16 milyon 400 min 866.8 manatı fiziki şəxslər, 11 […]
23/01/2021
Türkiyə-Azərbaycan-Pakistan birliyi Qarabağ məsələsində də üç ölkə tək ürək olub. “Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “İstanbul” freqatının açılış mərasimində çıxış edərkən bildirib. O, İslamabadın Bakıya verdiyi dəstəyi də yüksək qiymətləndirdiyini deyib: “Pakistanlı qardaşlarımızın “üç dövlət – tək ürək” anlayışı ilə Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstək bizlər üçün çox vacib […]
18/01/2021
2020-ci il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri oldu. Bu sözləri Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib. […]
15/01/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. AZƏRTAC xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Səhər tezdən […]
13/01/2021
Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar. Şah Mahmud Qureşi […]
12/01/2021
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı razılaşmalara əməl olunması ilə əlaqədar danışıqları vacib və faydalı adlandırıb. Bu barədə TASS agentliyi məlumat yayıb. “Mən bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına […]