Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Seminarlar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

06 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda professor Aqil Xanməmmədov “Modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyi üçün çevirmə operatorları” mövzusunda məruzə etdi. Məruzədə bütün həqiqi oxda modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyinə baxıldı. Çevirmə operatorunun köməyi ilə Yost tipli həllərin inteqral göstərilişləri tapılmışdır. Çevirmə […]

“Optimal İdarəetmə”şöbəsinin növbəti seminarı keçirildi

31 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu“Optimal İdarəetmə”şöbəsinin növbəti seminarı keçirildi. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n.,dosent Eldar Məmmədov “İki parametrli spektral məsələnin spektri” mövzusunda məruzə etdi. Məruzədə baxılan məsələnin müəyyən sağ və ya soltəyinolma şərtlərindən biri daxilində strukturu araşdırılır və bu araşdırmalardan istifadə edərək […]

“İki parametrli spektral məsələnin spektri” mövzusunda seminar keçirilib

Bugün “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı  elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “İki parametrli spektral məsələnin spektri” mövzusunda məruzə edib. Məruzədə baxılan məsələnin müəyyən sağ və ya sol təyinolma şərtlərindən biri daxilində strukturu araşdırıldı  və bu araşdırmalardan istifadə edərək baxılan spektral məsələ üçün düzxətli variasiya prinsipi müəyyən edilməsi şərh […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

30 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda Məmmədov Eminağa “Simmetrik Banax-Sobolev fəzalarında yüksək tərtibli elliptic operatorlar üçün Şauder tipli qiymətlənmələr” mövzusunda məruzə  etdi.Məruzə n ölçülü fəzalarının Rn məhdud Ω oblastında təyin edilmiş simmetrik (rearrangement-invariant) fəzaların törətdiyi WmX(Ω) Banax-Sobolev fəzalarının müəyyən altfəzalarında əmsalları məhdud və oblastın […]

Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi

23.10.2024- cü  il  tarixində Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev  İbrahim Mayıl oğlu “Yarım ayrılan və ayrılmayan sərhəd şərtli  Şturm-Liuvil operatorunun spektral xassələri” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə müxtəlif sərhəd şərtli ikinci tərtib diferensial operatorlar üçün düz […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

16 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda f.r.-e.d. professor Heybətqulu Mustafayev “BANAX FƏZALARINDA TƏSİR EDEN OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə, Banax fəzalarında təsir edən izometriyaların və Hermit operatorlarınin bəzi spektral xassələrindən bəhs edilib. Bununla yanaşı, spektrin […]

Faydalı linklər