Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Seminarlar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi İmaməliyev S.Ə. “Divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasının modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasını […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı baş tutub. Seminarda institutun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nigar Aslanova “Diferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” mövzusunda məruzə ilə çıxış edib. Təqdimat zamanı professor Nigar Aslanova qeyri–məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.

03 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.r.e.d., professor Aqil Xanməmmədov “Nöqtəvi potensialı olan birölçülü Şredinger tənliyinin Yost həlləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əlavə potensialı Dirakın delta funksiyası olan birölçülü Şredinger tənliyinə baxılıb. Çevirmə […]

“Qeyri-lokal sərhəd şərtli parabolik tənlik üçün optimal idarəetməməsələsi” mövzusunda seminar keçirilib

27.11.2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Qeyri-lokal sərhəd şərtli parabolik tənlik üçün optimal idarəetmə məsələsi” mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal sərhəd şərtli dayanıqsız parabolik tənlik üçün optimal idarəetmə məsələsinə baxılıb, optimal cütün varlığı […]

Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib

26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Amerika Birləşmiş Ştatlarının Şimali Dakota Universitetinin professoru Azər Əhmədov “Qrupların xanaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qrupların xanaları sahəsində əldə olunan ən yeni nəticələr, o cümlədən Fuglede fərziyyəsi ilə bağlı işlər müzakirə olunub. Təqdimatda […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut Seminarı keçirildi

19.11.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits fəzasına daxil olduqda məhdudluğu ətraflı təhlil edilib. […]

Faydalı linklər