Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Seminarlar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellektin tarixi və tədrisə tətbiqi” adlı məruzə ilə çıxışı etdi. Məruzədə Süni intellektin tarixini qısa şəkildə nəzərdən keçirməklə yanaşı və son onilliklərdə […]

“Çəkili Morri fəzalarında Buerlig-Alfors kommutatorunun məhdudluğu” mövzusunda seminar keçirildi

20.05 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun“Riyazi analiz ” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda ADA Universitetinin baş müəllimi,r.ü.f.d. Cavanşir Əzizov “Çəkili Morri fəzalarında Buerlig-Alfors kommutatorunun məhdudluğu haqqında” məruzə ilə çıxış etdi. Məruzədə Buerlig-Alfors operatorunun [b;B] kommutatorunun b BMO (C) daxil olduqda məhdudluğu, zəruri və kafi şərtlər haqqında teoremlər müzakirə edildi. […]

“Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda seminar keçirilib

15 may 2025-ci il tarixində Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin şöbəsinin aparıcı elmi işçisi r.e.d. Yusif Qasımov “Pauli operatoru üçün məhdud oblastlarda bəzi sərhəd məsələləri” mövzusunda məruzə edib. Məruzədə bir ölçülü Pauli operatoru üçün məhdud oblastlarda qoyulmuş sərhəd məsələləri, baxılan məsələlərin həlləri triqonometik sıralar […]

Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi

14 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda professor Aqil Xanməmmədov “Diskret Şturm-Liuvill operatorlarının spektral nəzəriyyəsinə dair bəzi qeydlər” mövzusunda məruzə etdi. Məruzədə əmsalları məhdud ardıcıllıqlar olan diskret Şturm-Liuvill tənliyinin həllərinin bazisliklə bağlı müəyyən xassələri öyrənilir. Əmsalları qeyri-məhdud ardıcıllıqlar olan bir diskret Şturm-Liuvill operatorunun […]

“Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional”mövzusunda seminar keçirilib

08.05.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional” mövzusunda məruzə edib. Məruzədə bir ucu sərbəst olan kvadratik funksionallı variasiya məsələlərində mütləq ekstremum üçün kafi şərtlərin alınması şərh olunub. © Bütün […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

07 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda İstanbul, Koç Universitetinin professoru Varqa Kələntərov, “Qeyri-xətti dissipativ  xüsusi törəməli tənliklərin həllərinin global  stabilizasiyası” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə qeyri- xətti reaksiya – diffuziya tənlikləri, sönümlü qeyri-xətti dalğa tənlikləri və Navier-Stokes-Voigt tənlikləri üçün başlangıç sərhəd […]

Faydalı linklər