Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika institutunun əməkdaşları Polşa respublikasında «Geopetrol-2014» Beynəlxalq Elmi Konfransda iştirak etmişlər

15-23 sentyabr 2014-cü il tarixində Polşa Respublikasının Zakopane və Krakov şəhərlərində «Geopetrol-2014» Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan elmi nümayyəndələri – AMEA-nın Vitse-Prezidenti, akademik İbrahim Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.d. professor Soltan Əliyev, «Maye və qaz mexanikası» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, aparıcı elmi işçisi, t.e.n. […]

Sentyabrın 24-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri – monoton yüklənmələrdə plastikliyin və möhkəmliyin xüsusi nəzəriyyələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Sentyabrın 24-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri – monoton yüklənmələrdə plastikliyin və möhkəmliyin xüsusi nəzəriyyələri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f.r.e.d., prof. Lətif Talıblı məruzə edib. Məruzə cisimlərin qeyri monoton yüklənmələrində keyfiyyətcə yeni plastiklik və möhkəmlik nəzəriyyələrinin işlənməsinə həsr edilib. Bu nəzəriyyələr çərçivəsində ümumi qeyri – monoton yüklənmələrdə plastiklik […]

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev xarici jurnalın redaktoru seçilib

Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev “Journal of function spaces” jurnalının xüsusi nömrəsinin “Morrey Spaces and Related Function Spaces 2015” bölümündə 4 xarici redaktorlardan biri seçilib. Ətraflı >>

Dissertasiya şurasında “Funksional analiz” şöbəsinin ictimai əsaslarla böyük elmi işçisi, f-r.e.n Xanlar Məmmədov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Diferensial operatorların bərpası və bəzi spektral xassələri” mövzusunda dissertasiya işi müdafiə edib

​Sentyabrın 19-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında “Funksional analiz” şöbəsinin ictimai əsaslarla böyük elmi işçisi, f-r.e.n Xanlar Məmmədov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Diferensial operatorların bərpası və bəzi spektral xassələri” mövzusunda dissertasiya işi müdafiə edib. ​Dissertasiyada alınmış nəticələr diferensial tənliklərin spektral nəzəriyyəsinin, tətbiqi riyaziyyatın və mexanikanın müxtəlif sahələrində, dalğa nəzəriyyəsində, […]

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi, dosent Raisə xanım Kazımova elm akademiyası tərəfindən müsbət qiymətləndirilmişdir

“Materials Science”  jurnalında çap olunan “Alternative Procedure of Deducing  Rabotnov’s  Relations   for  the  Time to Corrosion Fracture of  Metals” adlı məqaləsi xarici ölkələrin alim və mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmiş və  Raisə xanıma elm akademiyası adından onun aldığı nəticələri mexanika sahəsində böyük  nailiyyət  və  mühüm töhfə olduğunu, professional bilik və bacarığını xüsusi ilə qeyd etmişlər. “Science […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda qarşıda duran məsələlər haqqında ətraflı müzakirələr aparıldı. Azərbaycan Respublikasında riyaziyyat və mexanika sahəsi üzrə aparılacaq elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənəşdirilməsi məqsədilə təkliflər dinlənildi. İnstitutun təşkil etdiyi “Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” adlı N. Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər