Konfransda iştirak əyani və online formada həyata keçiriləcəkdir.
Tezislərin nəşri və sertifikatların verilməsi yalnız konfransda çıxış edən iştirakçılar üçün nəzərdə tutulur.
Görkəmli riyaziyyatçı alim Qabil Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edirik!
02/11/2020
Bu gün Tətbiqi Riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyevin 85 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей” mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967-1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə “Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение” mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir.
1966-2019-cu illərdə elmi fəaliyyətlə məşğul
olan prof. Əliyev G.G. 150-dən çox elmi məqalə, o cümlədən 12 monoqrafiya (7
xaricdə: Amerika, Almaniya və Türkiyə); Xaricdə 18 məqalə (2 – Amerika, 3 –
Rusiya, 1 – Hindistan, 1 – Polşa, 12 – Türkiyə); 8 aparıcı ölkədə (Amerika,
Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, İsveç, Hindistan) 17 beynəlxalq
patent və SSRİ-nin 28-dən çox müəlliflik sənədi.
2010–cu
ildə Azərbaycan Milli
Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı, 1984-cü
ildə SSRİ ixtiraçısı Fəxri
döş nişanı, 2002-ci ildəTürkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin
təşəkkürü, 2013-cü ildə
Avropa nəşr Mətbu Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı
Alim” qızıl medalı ilə təltif olunub, 2016-cı ildə Rusiya Federasiya Təbiət
Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir, 2016-cı ildə Rusiya Federasiya Təbiət
Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə təltif olunub,
2017-ci ildə Azərbaycan
kütləbi informasiya Həmkarlar İttifaqı tərəfindən “İlin Alimi” medalı
ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə
ekspert şurasının sədr müavini, AMEA-nın RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının
üzvüdür.
1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunda işləyir.1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir.
Professor Qabil Əliyevi85 illik yubileyi münasibətilə
təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!