Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm”qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı icmal təqdim edilib. Nəşrdə AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının açılış mərasimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” […]

PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb

Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb. Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub. Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, […]

ELAN

15.05.2024-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Maye və qaz mexanikası” şöbəsinin baş elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə, heterogen sistemlərin axınlarında və laydaxili qaz əmələgəlmələrdə reokinetik xüsusiyyətlər, sıxışdırma və suffoziya prosesləri üçün effektiv innovativ sənaye texnologiyalarının tədqiq nəticələri təqdim olunacaq. Laydaxili […]

Xalqa bağışlanmış ömür – Ulu Öndərin anadan olmasından 101 il ötür

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndərin zəngin dövlətçilik irsi xalqımızın əvəzsiz sərvəti, gələcəyə gedən yollarımızda sönməyən mayakdır. Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib, xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır. Hər […]

UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub

08 may 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra UNEC Dizayn Məktəbinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm əsərlərindən ibarət […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycanı “Qlobal Təqaüd Forumu”nda təmsil edib

5-6 may tarixlərində “BMI/Global Education-Times Higher Education” tərəfindən London şəhərində “Global Scholarship Forum” keçirilib. Forumda dünyanın 50-a yaxın ölkəsindən ali təhsil sahəsində təqaüd təklif edən dövlət qurumlarının, o cümlədən nüfuzlu ali təhsil müəssisələrinin idarəçiləri iştirak edib. Forum çərçivəsində keçirilən görüşlərdə iştirakçı ölkə və universitetlərin nümayəndələri ilə Azərbaycanın ali təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, […]