08/12/2025
Qasımov Elmağa Ağaqasım oğlu, diferensial tənliklər sahəsində mütəxəssis, 8 dekabr 1951-ci ildə Şamaxı rayonunun Əhmədli kəndində anadan olmuş, 1958-1968-ci illərdə həmin rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1975-1978-ci illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1983-cü ildə Moskva Dövlət Universitetinə “Sonlu inteqral çevirmə metodu; parabolik potensiallar və onların tətbiqləri” mövzusunda […]
08/12/2025
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb. AZƏRTAC xəbər verir ki, fəxri ad Emin Əmrullayevə Tbilisiyə səfəri zamanı GTU-da təqdim olunub. Təqdimat zamanı universitetin rektoru akademik David Qurgenidze qonaqlara Gürcüstan Texniki Universitetinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, tələbələrin […]
08/12/2025
Hacıyev Akif Cəfər oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim, 1937-ci il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirmiş, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Akif Hacıyev 1960-cı ildə universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilir və institutun “Funksiyalar […]
08/12/2025
10 dekabr 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə maarifləndirici tədbir keçiriləcək. Tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25.11.2025-ci il tarixli, 3-2968/2-2677/25 nömrəli məktubuna əsasən, gənclər arasında ailə dəyərlərinin və sağlam […]
08/12/2025
10.12.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika Institutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi,professor Nigar Aslanova “Diferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” məruzə ilə çıxış edəcək. Məruzədə qeyri – məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış izlərinin hesablanması üsulları barədə məruzə ediləcək […]
06/12/2025
Azər Sahib oğlu Əhmədov – qrupların həndəsi nəzəriyyəsi, Li qrupları, erqodik nəzəriyyə, 3-ölçülü topologiya sahəsində mütəxəssis, 6 dekabr 1974-cü ildə Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuşdur. 1981-1984-cü illərdə kənd orta məktəbində, 1984-1989-cu illərdə Xətai rayonu 194 nömrəli orta məktəbdə, 1989-1991-ci illərdə Bakı şəhəri Həbibbəy Mahmudbəyov adına texniki-humanitar litseydə təhsil alaraq orta məktəbi qızıl medalla bitirmişdir. […]