Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan riyaziyyatçıları- Akif Hacıyev

Hacıyev Akif Cəfər oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim, 1937-ci il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirmiş, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Akif Hacıyev 1960-cı ildə universiteti          bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilir və institutun “Funksiyalar […]

ELAN

10 dekabr 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə maarifləndirici tədbir keçiriləcək. Tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25.11.2025-ci il tarixli, 3-2968/2-2677/25 nömrəli məktubuna əsasən, gənclər arasında ailə dəyərlərinin və sağlam […]

ELAN

10.12.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika Institutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi,professor Nigar Aslanova “Diferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” məruzə ilə çıxış edəcək. Məruzədə qeyri – məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış izlərinin hesablanması üsulları barədə məruzə ediləcək […]

Azərbaycan riyaziyyatçıları- Azər Əhmədov

Azər Sahib oğlu Əhmədov – qrupların həndəsi nəzəriyyəsi, Li qrupları, erqodik nəzəriyyə, 3-ölçülü topologiya sahəsində mütəxəssis, 6 dekabr 1974-cü ildə Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuşdur. 1981-1984-cü illərdə kənd orta məktəbində, 1984-1989-cu illərdə Xətai rayonu 194 nömrəli orta məktəbdə, 1989-1991-ci illərdə Bakı şəhəri Həbibbəy Mahmudbəyov adına texniki-humanitar litseydə təhsil alaraq orta məktəbi qızıl medalla bitirmişdir. […]

Azərbaycan riyaziyyatçıları – Ələkbər Əliyev

Əliyev Ələkbər Əliağa oğlu, İnformatika, kompüter şəbəkələri, bulud texnologiyaları sahəsində mütəxəssis, 6 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuş, 1966-1976-cı illərdə Nəsimi rayonu 44 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürülmüş, 1982-ci ildə […]

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub. “Azərbaycan müəllimi” xəbər verir ki, dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya […]

Faydalı linklər