Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Oktyabrın 28-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda qarşıda duran məsələlər haqqında ətraflı müzakirələr aparıldı.
Elmi Şurada “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Şükürova “Diferensial tənliklər” ixtisası üzrə dosent elmi adının verilməsi qərara alındı.
İclasda “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin illik hesabatı dinlənildi.