Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlayır.

Orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında geniş yayılmışdır. Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarının şagirdlərə izah edilməsi, orta məktəb kursuna daxil olmayan əlavə mövzuların şərhi və şagirdlərin elmi yaradıcılığa cəlb edilməsi məqsədi ilə təşkil olunan seminar və mühazirələri Riyaziyyat və Mexanika İnstitutunun elmi əməkdaşları aparır. Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu, maraq göstərən orta məktəb şagird və müəllimlərini bu seminar və mühazirələrdə iştirak etməyə dəvət edir.

Birinci mühazirə 22 fevral 2017-ci il saat 15:30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Telefon: (994 12) 5393924
Mob: (055)700-92-67
E-mail: [email protected], [email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər