Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində riyaziyyatdan ilk elmi-populyar seminar keçirildi


1muhazire-youtubeAMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başladı. İlk seminarı fevralın 22-də institutun akt zalında keçirildi.
Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açdı. Professor çıxışında bildirdi ki, orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədilə təşkil olunan elmi-populyar seminar, mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında geniş yayılıb. Riyaziyyat elminin inkişafı və müasir dünyada geniş tətbiqi, istər müasir texnologiyalar sahəsində, istər iqtisadiyyatda və istərsə də cəmiyyətin digər fəaliyyət sahələrində yüksək ixtisaslı dərin riyazi biliyə malik mütəxəssislərin hazırlanmasını tələb edir. Respublikamızda riyaziyyat sahəsində müasir tələblərə uyğun elmi-pedaqoji və digər mütəxəssis hazırlanması baxımından hazırda gənc nəsil arasında riyaziyyat elminin təbliğinin böyük əhəmiyyəti var.
Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarının şagirdlərə izah edilməsi, orta məktəb kursuna daxil olmayan əlavə mövzuların şərhi və şagirdlərin elmi yaradıcılığa cəlb edilməsi məqsədi ilə təşkil olunan ilk seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi , f-r.e.n, dos.Vidadi Mirzəyev çıxış etdi.

“Minimal şərtlərlə informasiyanın əldə edilməsi” mövzusunda keçirilən mühazirədə baxılan məsələlər >>

Növbəti seminarın martın 2-si keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    591885

  • Sağalan

    558819

  • Yeni yoluxan

    1772

  • Aktiv xəstə

    25161

  • Ölüm halı

    7905

  • Test edilib

    5,565,190

Faydalı linklər