Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Ikinci mühazirə martın 2-si keçirildi.
Üçüncü mühazirə martın 9-u saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək.
Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda çıxış edəcək.
Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər kombinator məsələlər populyar dildə şərh olunacaq.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Telefon: (994 12) 5393924
Mob: (055)700-92-67
E-mail: rmi@imm.az, vidadimirzoyev@gmail.com

Keçirilən mühazirələri AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalında izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    591885

  • Sağalan

    558819

  • Yeni yoluxan

    1772

  • Aktiv xəstə

    25161

  • Ölüm halı

    7905

  • Test edilib

    5,565,190

Faydalı linklər