Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar Məktəbi aprelin 6-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirə keçirəcək.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi böyük elmi işçisi ,f.-r.e.n. İbrahim Məhərov çıxış edəcək.
İbrahim Məhərov mühazirədə Çeva və Menelay teoremlərini, onların tətbiqini, Eyler düz xətti və Eyler düstürü haqqında populyar dildə şərh edəcək.
Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutu orta məktəb şagird və müəllimlərini, digər maraq göstərənləri seminarda iştirak etməyə dəvət edir.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Telefon: (994 12) 5393924

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər