Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Gənc Riyaziyyatçılar Məktəbinin “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirəsi keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Gənc Riyaziyyatçılar Məktəbi  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirib.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev çıxış edib.
Mühazirədə Dirixle, yaxud Göyərçin qəfəsləri prinsipi və onun müxtəlif ifadə formaları haqqında populyar dildə şərh edilib və bu prinsipin ədədlər nəzəriyyəsinin, həndəsənin və kombinatorikanın çeşidli məsələlərinin həllinə tətbiqi göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    591885

  • Sağalan

    558819

  • Yeni yoluxan

    1772

  • Aktiv xəstə

    25161

  • Ölüm halı

    7905

  • Test edilib

    5,565,190

Faydalı linklər