Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Gənc Riyaziyyatçılar məktəbi” dinləyici qəbulu elan edir


AMEA Riyaziyyat və Mexanika İnstitutu 2017-ci ilin birinci yarısından “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək, gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək, istedadlı uşaqların, gənclərin vaxtında aşkar edilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək, müəllim-pedaqoji kollektivlərlə bu sahədə əməkdaşlıq etmək məqsədi ilə orta məktəb şagirdləri üçün “Gənc Riyaziyyatçılar məktəbi” adı altında riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Bu səbəbdən AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərməyə başlayan “Gənc Riyaziyyatçılar məktəbi”nə dinləyici qəbulu elan edilir.

Müsahibə üçün müraciət olunacaq məsul şəxslər:

Cəbr və riyazi məntiq şöbəsinin aparıcı elmi işçi, r.ü.f.d Eminağa Məmmədov
Tel: (+994) 055 756 21 02

Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, r.ü.f.d İbrahim Məhərov
Tel: (+994) 050 760 96 80

Qəbul müsahibə yolu ilə noyabrın 3,7,10-u tarixlərində saat 14:00-16:00-da aparılacaq.

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9.(Metro Elmlər Akademiyası, Bakı Dövlət Universiteti ilə üzbəüz, İnformasiya Texnologiyaları İnstitutunun yerləşdiyi bina, 6-cı mərtəbə).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər