Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Gənc Riyaziyyatçılar Məktəbi öz fəaliyyətini davam etdirir


AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün təşkil edilmiş “Gənc Riyaziyyatçılar Məktəbi” öz fəaliyyətini davam etdirir. Məktəbdə dərslər iki yaş qrupu üzrə  aparılır.

Aşağı yaş qrupu üzrə (VI-VII siniflər üçün) dərslər Bakı şəhər 53 saylı orta məktəbdə hər həftənin 4-cü günü saat 15:00-16:30-da keçirilir.

Yuxarı yaş qrupu üzrə (VIII-XI siniflər üçün) dərslər AMEA Riyaziyyat və Mexanika İnstitutunda hər həftənin 5-ci günü saat 15:00-16:30-da seminar keçirilir.

Yuxarı yaş qrupu üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov 08.12.2017 tarixində “Həndəsədən bəzi ekstremal kombinator məsələlərin araşdırılması” və 15.12.2017 tarixində “Riyazi məntiqin elementləri” mövzusunda seminarlar keçirmişdir.

Aşağı yaş qrupu üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi , f.-r.e.n. İbrahim Məhərov 07.12.2017 tarixində “Dirixle prinsipinə aid çalışmalar”, 14.12.2017 tarixində “Sadə həndəsi fiqurlar və onların xassələrinə aid çalışmalar”, 21.12.2017 tarixində “İnvariantlara aid çalışmalar”, 28.12.2017 tarixində “Bölünmə və qaliqlara aid çalışmalar”, 11.01.2018 tarixində “Kənardakı prinsipinə aid çalışmalar”, 18.01.2018 tarixində “Sınıq xətt və çoxbucaqlılara aid qısa nəzəri məlumat və çalişmalar həlli-1” və  25.01.2018 tarixində “Sınıq xətt və çoxbucaqlılara aid və çalişmalar həlli-2”, 01.02.2018 “Sınıq xətt və çoxbucaqlılara və əvvəl keçilən mövzulara aid çalışmalar həlli” , 08.02.2018 tarixində “Qraflara aid məsələlər həlli”,  15.02.2018 tarixində “Qraflar haqqında qısa nəzəri məlumat. Qraflarla bağlı məsələlər həlli”,  22.02.2018 tarixində “Qraflara aid məsələlər həlli. Müstəvi qraf. Eyler düsturu”, 13.01.03.2018 tarixində “Birhədli. Çoxhədli. Çoxhədlilər üzərində əməllər. Müxtəsər vurma düsturları. Çoxhədlinin vuruqlara ayrılması. Məsələlər həlli.”, 15.03.2018 tarixində “Qalıqlar hesabına aid qısa məlumat. Məsələlər həlli.” , 29.03.2018 tarixində “Qalıqlar hesabına aid məsələlər həlli. Riyazi rebuslar”, 05.04.2018 tarixində “Riyazi rebuslara aid çalışmalar həlli. Müxtəlif məsələlər”, 12.04.2018 tarixində “Faizə aid məsələlər. Müxtəlif məsələlər”, 19.04.2018 “Faizə, Dirixle prinspinə, ədədi rebuslara aid çalışmalar”, 03.05.2018  Kombinatorika I – aranjeman və permutasiyaya aid qısa nəzəri  məlumat və çalışmalar həlli”, 10.05.2018  “Kombinatorika II – kombinezona aid qısa nəzəri məlumat və  çalışmalar həlli” və 17.05. 2018 “Kombinatorikaya , qiymətləndirmə və nümunəyə aid çalışmalar “mövzularında seminarlar keçirmişdir.

Qeyd edək ki, mühazirələr hər həftə davamlı olaraq keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    585783

  • Sağalan

    551724

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    26252

  • Ölüm halı

    7807

  • Test edilib

    5,521,070

Faydalı linklər