Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.01.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edəcək.
Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılacaq. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün kafi şərtlər tapılacaq, sonra isə funsionalın artım düsturunun köməyi ilə optimallıq üçün zəruri şərtlər alınacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər